Portuqaliyalı vingerin gələcəyi bəlli oldu

11.09.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Çelsi”nin vingeri Pedro Neto karyerasını klubun heyətində davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər 2032-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqaviləyə imza atıblar.

26 yaşlı hücumçu 2024-cü ilin yayında “Vulverhempton”dan London klubuna transfer olunmuşdu. Həmin vaxtdan bəri “Çelsi” forması ilə ümumilikdə 108 rəsmi oyuna çıxan portuqaliyalı futbolçu 21 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Ötən yay transfer pəncərəsində Netonun “zadəganlar”ı tərk edəcəyi ilə bağlı iddialar yayılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью