Post prodakşn müsabiqəsinin qalibləri açıqlandı

18.04.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ARKA-nın post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nin qalibləri açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Müsabiqəyə təqdim edilmiş 21 film layihəsinin Bədii Şurada qiymətləndirilməsi aparılmış və Şura tərəfindən 13 film layihəsinə maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar verilmişdir.

Maliyyə dəstəyi ümumilikdə 4 animasiya, 4 bədii, 5 sənədli film layihəsi olmaqla 10 istehsalçı şirkət üçün nəzərdə tutulmuşdur.

Qalib layihələrdən 4-ü yerli şirkətlərin xarici şirkətlərlə birgə istehsalıdır.

Qeyd edək ki, müsabiqədə qalib gəlmiş 13 film layihəsinə ümumilikdə 232 769 manat vəsait ayrılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью