Post terminallardan istifadəyə görə xidmət haqqı tutulur? | Icma.az
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq. Alıcı post-terminal vasitəsilə 1 manatlıq məhsul aldıqda belə, bu məbləğin bir hissəsi
Bu isə o deməkdir ki, sahibkara heç bir qazanc qalmır. Məhz bu səbəbdən bir çox ticarət obyektlərində vətəndaşlardan ödənişi nağd şəkildə və
İqtisadçı Natiq Cəfərli bu barədə Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, hazırda post terminallardan istifadəyə görə xidmət haqqının tutulması ilə bağlı rəsmi bir qərar yoxdur:“Yaxın zamanda belə bir qərarın verilməsi də gözlənilmir.
Bu məsələ qanunvericilik çərçivəsində deyil, daha çox banklar, postterminal xidmətləri göstərən şirkətlər və Vergilər Departamenti arasında razılaşma əsasında həll olunmalıdır.
Məsələn, 5 manata qədər olan alış-verişlərdən xidmət haqqının tutulmaması kimi bir model müzakirə oluna bilər.
Əgər bu istiqamətdə konkret qərar veriləcəksə, o zaman bu, qanunvericilikdə dəyişiklik tələb edə bilər.
Bu isə ayrıca bir qanunun qəbulu və ya mövcud qanunlara əlavələrin edilməsi ilə mümkündür.
Tam oxu
Xəbəri oxu