Postekoqlu: “Qalmaq və işimizi davam etdirmək istəyirəm”

22.05.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Tottenhem”in baş məşqçisi Ange Postekoqlu Avropa Liqasının finalında “Mançester Yunayted”i məğlub etdikləri oyundan (1:0) sonra fikirlərini bölüşüb.

Futbolpress.az “Daily Mail”ə istinadən xəbər verir ki, mütəxəssis çempionluğu belə şərh edib:

“Biz hələ komanda qururuq. Kifayət qədər gəncik və çoxlu təcrübəyə ehtiyacımız var. Planın uzun müddət uğurlu ola biləcək komanda qurmaqdır. Baş məşqçiyəm və hər şey tam mənim əlimdə deyil. Qalmaq və işimizi davam etdirmək istəyirəm. Bura gələndə bilirdim ki, nəsə titul qazanacağam”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью