Postsovet məkanında NATOnun iştirakı ilə hərbi təlimlər keçiriləcək

29.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrda Estoniyada NATO ölkələrinin iştirakı ilə "İldırım" hərbi təlimləri keçiriləcək.

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, dekabrın birinci yarısında Estoniyada Şimali Atlantika Alyansı (NATO) ölkələrinin iştirakı ilə "İldırım" (Picne) hərbi təlimlərinin keçirilməsi planlaşdırılır. 

Təlimlər dekabrın 2-dən 15-dək əsasən respublikanın şimal və şimal-şərqində baş tutacaq. Təlimlərdə  Böyük Britaniya, Latviya, ABŞ, Fransa və Estoniyanın özündən iki minə yaxın hərbçi iştirak edəcək. Təlimlərin əsas məqsədi qüvvələrin münaqişə zonasına köçürülməsi mexanizmlərini inkişaf etdirmək olacaq.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью