Poti ilə Bakı arasında xüsusi konteyner qatarı yola salınıb

30.01.2026

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İki liman arasındakı blok qatarı müntəzəm cədvəl üzrə işləyəcək”

Poti və Bakı limanları arasında xüsusi konteyner qatarı yola salınıb. Bu da Xəzər və Qara dənizlər arasında yüklərin tranzit müddətini əhəmiyyətli dərəcədə azaldacaq. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Dəmir Yolları (GD) şirkətindən bildirilib.

"İki liman arasındakı blok qatarı müntəzəm cədvəl üzrə işləyəcək və konteyner daşınması prosesini müsbət şəkildə sadələşdirəcək, tranzit müddətini azaldacaq. Xüsusilə, bu, Potidən Bakıya konteynerlərin dəmir yolu ilə daşınmasına və boş konteynerlərin geri qaytarılmasına imkan verəcək ki, bu da təkcə magistral yollardakı tıxacları aradan qaldırmaqla yanaşı, həm də ətraf mühitə dəyən ziyanı azaldacaq", - deyə GD-dən qeyd edilib.

Şirkətdən vurğulanıb ki, bu təşəbbüs Orta Dəhliz boyunca konteyner daşınmasının təhlükəsizliyini və səmərəliliyini artırmağa, onu daha cəlbedici və yükgöndərənlər arasında tələbatlı etməyə yönəlib.

Blok qatarı marşrutu Batumi-Poti-Tbilisi-Abşeron-Sumqayıt-Ələt xətti boyunca uzanır. Bunun sayəsində Gürcüstan və Azərbaycan yük sahiblərinə sadələşdirilmiş "terminaldan qapıya" xidməti təklif edəcəklər.

İlk yük qatarının yola salınma mərasimi bu gün Poti terminalında baş tutub. Tədbirdə Gürcüstan və Azərbaycan dəmir yollarının rəhbərləri iştirak ediblər.

Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze qeyd edib ki, sabit cədvəl və əvvəlcədən müəyyən edilmiş tariflər yük sahiblərinə konteynerlərinin Potiyə gəliş və qayıtma vaxtlarını dəqiq planlaşdırmağa imkan verəcək. O həmçinin layihənin Gürcüstan Dəmir Yolları üçün iqtisadi cəhətdən faydalı olacağını və gəlirlərin artmasına səbəb olacağını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью