Potter Çelsinin yarımmüdafiəçisini yanına aparır

10.01.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Vest-Hem"in yeni baş məşqçisi Qrem Potterin ilk transfer hədəfi açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Independent" yayıb.

Xəbərə görə, bu, "Çelsi"nin yarımmüdafiəçisi Kirnan Dyusberi-Holldur. Mənbə "zadəganlar"ın ötən yay komandanın sıralarına cəlb edilən, lakin əsas heyətdə möhkəmlənməyi bacarmayan 26 yaşlı futbolçunu icarəyə verməyin əleyhinə olmadıqlarını vurğulayıb. "Çelsi"nin Kirnanın oyun praktikasını artırması baxımından bu variantı münasib saydığı bildirilib.

Xatırladaq ki, Dyusberi-Holl cari mövsüm İngiltərə Premyer Liqasında 5 matçda forma şansı qazanıb. O, bütün qarşılaşmalarda meydana sonradan buraxılıb.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью