Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
İsveç millisinin baş məşqçisi Qrem Potter DÇ-2026-da Fransaya məğlub olduqları görüşü şərh edib.
Futbolpress.az FIFA-ya istinadən xəbər verir ki, mütəxəssis 0:3 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Fransanı təbrik edirəm, güclü olan qazandı. Daha ideal oynamalı idik. Açığı, bunu bacarsaydıq belə, qələbə qazana biləcəyimiz şübhəlidir. Fransa yığması çox güclüdür. Futbolçularıma iradım yoxdur. Fransaya məğlubiyyət biabırçılıq deyil. Onlar mundialın ən yaxşı komandasıdır”.
Fransa 1/8 finalda Paraqvayla qarşılaşacaq.