Potter İngiltərə klubunu çalışdıracaq

09.01.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Potter yenidən İngiltərə Premyer Liqasında olacaq.

Bakupost.az xarici mediyaya istinadla xəbər verir ki, Xulen Lopeteqi ilə yollarını ayıran "Vest Hem Yunayted"də Qrem Potter dövrü başlayır.

Komandanın verdiyi açıqlamada Potterlə 2,5 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edilir ki, Qrem Potter klubu hədəfləri istiqamətində irəli aparmaq üçün idarə heyəti tərəfindən yekdilliklə seçilib.

Məşqçi Qrem Potter "Vest Hem Yunayted"lə müqavilə imzaldığı üçün xoşbəxt olduğunu və danışıqların müsbət keçdiyini bildirib.

Xatırladaq ki, məşqçilik karyerasına İsveçin “Östersund” komandasında başlayan Qrem Potter oradakı uğurundan sonra “Svansea Siti” ilə müqavilə imzalamışdı.

Elgün, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью