Potter Lesterə keçə bilər

25.11.2024

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Çelsi"nin keçmiş baş məşqçisi Qrem Potter "Lester"ə keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "tülkülər" onu sabiq baş məşqçi Stiv Kuperin yerinə əsas namizəd kimi görürlər.

Qrem Potter “Çelsi”də 2022-ci ilin sentyabrından 2023-cü ilin aprel ayına kimi çalışıb.

O vaxtdan bəri ingilis məşqçiliyə qayıtmayıb.

"Lester" Premyer Liqada 12 turdan sonra 10 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью