“Poykovoy” vəkillərə şad xəbər

29.04.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Məhkəmədə dövlət hesabına hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilən haqqın məbləği artırılıb.

Gununsesi.info AzPosta istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərar imzalayıb.

Qərarda hüquqi yardımın məbləği 1 saat üçün 6 manatdan 11 manata qaldırılıb.

Qərara “vəkillər” sözü əlavə edilib.

Qərarın 5 ci hissəsindən “həmçinin mülki işlər” sözləri çıxarılıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью