Praqa Hava Limanı AZAL ın reysi ilə bağlı insidentə münasibət bildirib

06.01.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvarın 5-də Praqa aeroportunda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıya uçuş həyata keçirən reysi ilə bağlı yaranmış insident təhlükəsizlik orqanlarının yurisdiksiyasındadır və Çexiya polisinin səlahiyyətlərinə daxildir.
Bu barədə Demokrat.az-a Praqa Hava Limanından bildirilib.
Qeyd edilib ki, Praqa Hava Limanı Praqa-Bakı reysində baş vermiş hadisə və ya bu işdə iştirak edən şəxslərlə bağlı əlavə məlumat vermək imkanında deyil: "Məsələ təhlükəsizlik orqanları tərəfindən araşdırılıb və Çexiya polisi tərəfindən səlahiyyəti çərçivəsində icra olunur".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью