Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son 10 gün ərzində Praqada ikinci blekaut (elektrik təchizatının genişmiqyaslı kəsintisi - red.) baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "İrozhlas" xəbər portalı məlumat verib.
Məlumata görə, Çexiya paytaxtının mərkəzi Bakı vaxtı ilə saat 14:00-da təxminən 20 dəqiqə işıqsız qalıb.
Qəzaya paytaxtın elektrik sistemi yarımstansiyada baş verən nasazlıq səbəb olub.
Qeyd edək ki, oktyabrın 10-da eyni yarımstansiyada baş vermiş qəza səbəbindən Praqanın mərkəzi eyni şəkildə işıqsız qalmışdı. Əvvəlki blekautda olduğu kimi, bu dəfə də paytaxtınn mərkəzi küçələrində tramvayların hərəkəti dayandırılıb.