Praqada azərbaycanlı rəssamların sərgisi

04.08.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən “Delyafruz Art” qalereyasında gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət “Günəşə doğru” adlı beynəlxalq sərgi açılıb.

Galereyanın sahibi tanınmış azərbaycanlı rəssam Dəlyafruzun ev sahibliyi etdiyi layihənin kuratoru heykəltaraş Roza Həsənova olub.

Onun sözlərinə görə, sərginin adı işığa, istiliyə və yaradıcılığa doğru can atmanı ifadə edir. Ekspozisiyada Azərbaycanın təbiəti və mədəniyyətindən ilhamlanan Günəş çalarları üstünlük təşkil edir. Sərgidə Azərbaycandan 30 rəssamın rəngkarlıq, qrafika, heykəltaraşlıq, keramika, batik, qobelen və xalçaçılıq nümunələri nümayiş etdirilir.

Açılışda Çexiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü Leyla Beqim çıxış edib, beynəlxalq müsabiqələr laureatı skripkaçı Canel Nəcəfli musiqi proqramı təqdim edib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью