Praqada iki sərnişin qatarı toqquşdu: Onlarla yaralı var

17.11.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az xəbər verir ki, yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza nəticəsində onlarla sərnişin yaralanıb. Xəsarət alanların əksəriyyətinin vəziyyətinin yüngül olduğu bildirilir.

Hadisə yerinə bütün müvafiq fövqəladə hallar xidmətləri cəlb olunub. Qəza səbəbindən dəmir yolu xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Çexiya Dəmir Yolları Administrasiyasından verilən məlumata görə, uzun məsafəli marşrutlar üzrə hərəkət edən qatarlar Praqanın digər dəmir yolu stansiyalarına yönləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью