Praqadan Londona yollandı

08.01.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Tottenhem” bu ay ilk transferini reallaşdırıb.

London klubu “Slaviya”nın qapıçısı Antonin Kinskinin keçidini həll edib. İnsayder Fabritsio Romanonun məlumatına görə, çexiyalı futbolçu tibbi müayinədən keçmək üçün Londona gəlib. Onun səhhətində hər hansı problem ortaya çıxmasa, “Tottenhem” transferi rəsmən açıqlayacaq.
21 yaşlı Antonin Çexiyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью