Praqadan Rusiyanın Kiyevə kütləvi hücumuna reaksiya

01.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Çexiyanın xarici işlər naziri Yan Lipavski rus ordusunun yanvarın 1-də səhər saatlarında Kiyevə iki nəfərin ölümü ilə nəticələnən hücumunu şərh edib.

Axar.az xəbər verir ki, o, bu barədə X şəbəkəsində bildirib.

O, vurğulayıb ki, gələcəkdə də Çexiya diplomatiyası Ukraynanın tərəfində olacaq:

"Beləliklə, mənim qərarım budur: Çex diplomatiyası ukraynalıların tərəfində möhkəm dayanmağa davam edəcək, çünki sülh təcavüzkarın ədalət qarşısında cavab verməsindən başlayır".

Qeyd edək ki, yanvarın 1-də Rusiya kamikadze dronlarının Kiyevə hücumu nəticəsində iki nəfər həlak olub, azı 7 nəfər xəsarət alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью