“Premium Bank”ın xalis mənfəəti azalıb HESABAT

15.10.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Premium Bank” 2025-ci ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

“APA-Economics” banka istinadən xəbər verir ki, 2025-ci ilin III rübündə “Premium Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.3% azalaraq 9 milyon 92 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə bank 9 milyon 505 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 13.3% artaraq 27 milyon 442 min manat, faiz xərcləri isə 1.5% artaraq 8 milyon 621 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 11 milyon 786 min manata ( illik müqayisədə 7.6% az), qeyri-faiz xərcləri isə 20 milyon 816 min manata ( illik müqayisədə 9.3% çox) bərabər olub.

Cari ilin oktyabr ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2.9% və ya 18.7 milyon manat artaraq 659 milyon 615 min manata yüksəlib. Cari ilin ilk 9 ayında “Premium Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2.3% və ya 10.9 milyon manat artaraq 477 milyon 536 min manata bərabər olub.

Bu dövrdə “Premium Bank”ın cəmi öhdəlikləri 462 milyon 894 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 0.2% azdır.

Bankda fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3.4% və ya 9.9 milyon manat artaraq 302 milyon 41 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 11% və ya 9.4 milyon manat azalaraq 76 milyon 312 min manata enib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk doqquz ayında 0.2% artaraq 378 milyon 353 manata bərabər olub.

2025-ci il oktyabr ayının 1-nə “Premium Bank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 10.6% və ya 18.8 milyon manat artaraq 196 milyon 721 min manat təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью