Premium benzinlə bağlı rəsmi rəqəmlər açıqlandı

16.09.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan "Premium" markalı benzin idxalını kəskin artırıb. Bu ilin yanvar-iyul aylarında ölkəyə 99 milyon 922 min dollar dəyərində 103 min 688 ton "Aİ-95" yanacağı gətirilib.
Dövlət Statistika Komitəsinin göstəriciləri keçən ilin eyni dövrü ilə müqayisədə ciddi artım olduğunu göstərir. İdxal maliyyə həcminə görə 68 faiz, həcm baxımından isə 47 faiz çoxalıb.
Tədarük coğrafiyasında Bolqarıstan ön sıraya çıxıb. Bu ölkədən alqı-satqı dəyər ifadəsində 28 dəfə artaraq 33 milyon 383 min dollara çatıb. Həcm isə 20 dəfə artımla 28 min 64 ton təşkil edib. Rusiyadan idxal 40 faiz azalaraq 31 min 241 tona düşüb. Bu əməliyyatın dəyəri 27 milyon 148 min dollar olub. Belarusdan alış 3,1 dəfə çoxalaraq 21 min 461 tona yüksəlib. Əməliyyatın ümumi məbləği 18 milyon 793 min dollar təşkil edib. Ötən il tədarük olunmayan Birləşmiş Ərəb Əmirliklərindən 7 milyon 606 min dollarlıq 9 min ton, Yunanıstandan isə 5 milyon 380 min dollarlıq 6 min 33 ton benzin alınıb.
Paralel olaraq "Premium" markalı yanacağın xaricə satışında da yüksəliş qeydə alınıb. Ölkədən 3,86 milyon dollar dəyərində 5 min 517 ton benzin çıxarılıb. Bu göstərici əvvəlki illə müqayisədə həcmcə 32 faiz, məbləğcə 39 faiz çoxdur.
İxracın əsas istiqamətləri qonşu ölkələr olub. Gürcüstana 2,69 milyon dollar dəyərində 3 min 773 ton yanacaq satılıb. Ermənistana isə 1,16 milyon dollar məbləğində 1 min 743 ton benzin yola salınıb.
Yəni Azərbaycan daxili tələbatı ödəmək üçün "Aİ-95" idxalını kəskin artırıb və alqı-satqıda əsas payı Bolqarıstana həvalə edib.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью