Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.
Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümünün sonuncu turuna yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.
“Turan Tovuz” azarkeşləri önündə “Kəpəz”lə üz-üzə gələcək. Mövsümün son matçında isə “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XXXVI tur
25 may
17:00 Turan Tovuz – Kəpəz
Baş hakim: Fərid Hacıyev
Tovuz şəhər stadionu
19:30 Araz-Naxçıvan – Zirə
Baş hakim: Cavid Cəlilov
“Liv Bona Dea Arena”