Premyer Liqa: 5ci rusiyalı, 65ci legioner İdmanXəbər

02.12.2024

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XV turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, Vasili Berezutski “Sabah”da debüt edib. Rusiyalı mütəxəssisin baş məşqçisi olduğu komanda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Berezutski Azərbaycan çempionatları tarixində 65-ci legioner baş məşqçi olub.

Onadək 64 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb. Berezutski Premyer Liqada 5-ci rusiyalı baş məşqçidir. Ona qədər Sergey Yuran “Simurq”da, Yuri Syomin “Qəbələ”də, Murad Musayev “Sabah”da çalışıbsa, Kurban Berdıyev hazırda “Turan Tovuz”a rəhbərlik edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью