Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ Neftçi oyunu heç heçə ilə bitib

17.10.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ" və "Neftçi" komandaları arasında matç başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Qonaq komandanın heyətində Qustavo Klisman 11-ci və 34-cü dəqiqələrdə fərqlənərək dubl edib. “Neftçi”nin üçüncü qoluna 52-ci dəqiqədə Draqolyub Saviç imza atıb. Ağdam klubunun heyətində isə 18-ci dəqiqədə Aleksey Kaşuk, 89-cu dəqiqədə Renaldo Sefas, 90+3-cü dəqiqədə Kadi Borqes adını tabloya yazdırıb.

Bu nəticədən sonra “ağ-qaralar" 17 xalla turnir cədvəlinin ikinci, eyni xala malik “köhlən atlar" isə üçüncü pilləsində qalıb.

Fotoqraf - Azər İbrahimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью