Premyer Liqa: “Araz Naxçıvan” “Şamaxı” oyununda qalib müəyyənləşməyib

14.03.2025

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə Misli Premyer Liqasının XXVII turunun açılış oyununda “Araz-Naxçıvan” “Şamaxı” ilə qarşılaşıb.

Tribunainfo.az-ın məlumatına görə, “Liv Bona Dea Arena”da baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Bernardo Diaş açıb. 68-ci dəqiqədə isə Cəlal Hüseynov qarşılaşmanın yekun hesabını müəyyənləşdirib.

Naxçıvan təmsilçisi 47 xalla üçüncü, qonaqlar 28 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью