Premyer Liqa: “Araz Naxçıvan” səfərdə üç xal qazanıb

18.03.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda Naxçıvan klubu turnir cədvəlində 39 xalla 5-ci, ev sahibləri isə 30 xalla 8-ci pillədə qərarlaşıb.

Turun növbəti görüşləri martın 19-da, 20-də və 21-də təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью