Premyer Liqa: ArazNaxçıvan Sabaha məğlub olub

14.12.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında "Araz-Naxçıvan" "Sabah"a məğlub olub.

"Report" xəbər verir ki, XVII turun oyununda bölgə təmsilçisi 0:1 hesabı ilə uduzub.

"Bayquşlar"ın heyətində yeganə qolu 78-ci dəqiqədə Coy Lens Mikels vurub.

Bu nəticənin ardından xallarının sayını 26-ya çatdıran "Sabah" turnir cədvəlində dördüncü sıraya yüksəlib. "Araz-Naxçıvan" isə 39 xalla liderdir.

Qeyd edək ki, turun açılış oyununda "Şamaxı" və "Səbail" kollektivləri qolsuz bərabərə qalıblar.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью