Premyer Liqa: Autsayderlər xalları böldülər YENİLƏNİB

28.02.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasında XXII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında çempionatın son iki pilləsində – 11-ci və 12-ci yerlərdə qərarlaşan “Qəbələ” ilə “Karvan-Yevlax” üz-üzə gəlib.

Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Oyunda hesabı qonaqlar açıb. İmani Barker fərqlənib. Çox keçmədən Seydina Keyta komandasına bərabərlik gətirən qolu vurub - 1:1.

Misli Premyer Liqası
XXII tur

17:00. "Qəbələ" – "Karvan-Yevlax" 1:1
Qollar: S. Keyta, 36-p. - İ. Barker, 26 

Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu

“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 7. Turan Manafov 27. Eşqin Əhmədov 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 8. Sambu Sissoko 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov 24. İsmael Akinade 12. İbrahim Sanqare 3. Eduardo Kunde 70. Paulo Quimbila

Baş məşqçi: Kaxaber Tsxadadze

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 8. Peter Kings 4. Olavale Doyeni

Baş məşqçi: Füzuli Məmmədov

Rəşad Sadıqov: “Vacib qələbə qazandıq” Millimizin rəqibləri bəlli olub “Zirə” Mərdəkandan 3 xalla qayıdır - YENİLƏNİB Azər Bağırov: “Maraqlı oyun alındı” Saşa İliç: “Buraxdığımız qollara inana bilmirəm”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью