Premyer Liqa: Autsayderlərin duelindən “Qəbələ” qalib ayrılıb

15.05.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.

AZƏRTAC xəbər verir ki, açılış matçında I Liqaya düşəcəyi dəqiqləşən “Karvan-Yevlax” “Qəbələ”ni sınağa çəkib. Yevlax şəhər stadionunda keçirilən autsayderlərin duelində qonaqlar 2:1 hesablı əzmkar qələbə qazanıblar.

Bu nəticədən sonra turnir cədvəlində Qəbələnin eyniadlı klubu 24 xalla 11-ci, Yevlax təmsilçisi isə 14 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Günün son oyununda “Kəpəz” Sumqayıtdakı “SOCAR Polimer Arena”da “Araz-Naxçıvan”ın qonağı olacaq. Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, XXXII tura mayın 16-17 keçiriləcək oyunlarla yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью