Icma.az bildirir, Reyting.az portalına istinadən.
Bu gün Misli Premyer Liqasında IX turun növbəti qarşılaşmaları olacaq.
Reyting.az xəbər verir ki, günün ilk oyununda "Araz-Naxçıvan" klubu "Sabah"-ı qəbul edəcək. Oyun saat 16:00-da start götürəcək.
Daha sonra "Zirə" öz meydanında "Sumqayıt"-la üz-üzə gələcək. Görüş saat 18:30-da başlayacaq.
Turnir cədvəlinə görə, aktivində 15 xal olan "Araz-Naxçıvan" 3-cü pillədə qərarlaşıb və 14 xalı olan "Sabah"-ı qabaqlayır. "Zirə" isə 6-cı pillədə qərarlaşıb və "Sumqayıt"-dan 1 xal geri qalır.
16:00. "Araz-Naxçıvan" - "Sabah"
18:30. "Zirə" - "Sumqayıt".(Trend)