Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Misli Premyer Liqasında XXII tura bu gün, iki oyunla start veriləcək.
Metbuat.az xəbər verir ki, əvvəlcə “Şamaxı” evdə “Sumqayıt”ı qəbul edəcək.Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq.
“Sumqayıt” hazırda turnir cədvəlində 22 xalla 6-cı pillədədir.
17 xala malik “Şamaxı” isə doqquzuncudur.Günün son matçı “Bank Respublika Arena”da “Sabah”la “Turan Tovuz” arasında baş tutacaq.
İnqilab Məmmədovun idarəçilik edəcəyi görüşün start fiti saat 17:00-da səsləndiriləcək.
36 xala malik “Turan Tovuz” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
“Sabah” isə 28 xalla altıncıdır.Misli Premyer LiqasıIII dövrə, XXII tur9 fevral14:30.
“Şamaxı” – “Sumqayıt”Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.VAR: Tural Qurbanov.AVAR: Teymur Teymurov.Hakim-inspektor: Munis Abdullayev.AFFA nümayəndəsi: Elçin Məmmədov.Şamaxı şəhər stadionu17:00.