Premyer Liqa: Bu komandalar qarşılaşır KONKRET

19.09.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Misli Premyer Liqasında VI turun daha iki oyunu bu gün keçiriləcək.

“Report”un məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “Zirə”ni qəbul edəcək.

Qarşılaşma saat 17:30-da start götürəcək. Bölgə klubu 8 xalla beşinci, paytaxt təmsilçisi 10 xalla dördüncü pillədə qərarlaşıb.

Daha sonra “Sabah” “İmişli”ni sınağa çəkəcək. Bu görüş saat 19:45-də başlayacaq. Ehtiyatda daha bir oyunu olan son ölkə çempionu 12 xalla üçüncü sıradadır. Qonaqlar 4 xalla səkkizinci yerdədir.

Misli Premyer Liqası

I dövrə, VI tur

19 sentyabr

17:30. “Turan Tovuz” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı

VAR: Əli Əliyev

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Asif Əliyev

Tovuz şəhər stadionu

19:45. “Sabah” – “İmişli”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov

VAR: Rauf Cabarov

AVAR: Tərlan Talıbzadə

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev

“Bank Respublika Arena”

Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün “Neftçi” “Qəbələ”ni (3:0), “Qarabağ” “Şəfa”nı məğlub edib – 1:0.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью