Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Futbolda ən nüfuzlu statistika və təhlil şirkətlərindən olan “Opta” dünya üzrə ən səviyyəli peşəkar liqaların yeni reytinq cədvəlini təqdim edib.
"Football-plus.az" xəbər verir ki, komandaların orta göstəriciləri, ən yüksək performans səviyyələri və liqaların ümumi rəqabət səviyyəsi nəzərə alınaraq hazırlanan siyahıda 20 ən güclü ölkə çempionatı yer alıb. Onlardan 16-sı Avropa liqasıdı. Siyahıya İngiltərə premyer-liqası başçılıq edir.
“Opta”ya görə dünyanın ən güclü 20 liqasının (reytinq xalı ilə) siyahısını nəzərinizə çatdırırıq.
1. İngiltərə premyer-liqası 91
2. İspaniya La Liqası 84,9
3. Almaniya bundesliqası 84,7
4. İtaliya A seriyası 83,9
5. Fransa Liqa 1-i 82,5
6. İngiltərə çempionşipi 78,4
7. Belçika jüpile liqası 78,1
8. Braziliya A seriyası 78
9. Portuqaliya primeyra liqası 77,3
10. ABŞ-nin MLS-i 76,6
11. Argentina peşəkar liqası 76,5
12. Danimarka superliqası 76,3
13. Polşa Ekstraklasa 75,6
14-15. Türkiyə superliqası 75,3
14-15. Niderland erediviziyası 75,3
16. Xorvatiya liqası 75
17. Almaniya 2-ci bundesliqası 74,8
18. Yaponiya J1 liqası 74,7
19. İsveçrə superliqası 74,5
20. İspaniya La Liqa 2-si 74,3