Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin “Vest Hem” klubu azad agent statusunda olan təcrübəli hücumçu Ceymi Vardi ilə müqavilə bağlamaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Çempionşipdə yeni mövsümə hazırlıq görən London təmsilçisi hücum xəttini 39 yaşlı ingilis forvard ilə gücləndirmək variantını dəyərləndirir.
Vardi 2012–2025-ci illərdə “Lester Siti”nin uğurları üçün tər töküb. Ötən mövsüm İtaliyanın “Kremoneze” klubunda çıxış edən hücumçu A Seriyasında 29 matça çıxaraq 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mövsümün sonunda İtaliya təmsilçisindən ayrılan təcrübəli hücumçu hazırda azad agent statusu daşıyır.