Premyer Liqa: Günün futbol qrafiki

31.08.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında III turun matçlarına yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, son oyun günü iki görüş keçiriləcək.

Əvvəlcə ölkə çempionu "Qarabağ" debütant "Karvan-Yevlax"ın qonağı olacaq. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 17:00-da başlayacaq.

Turun bağlanış matçında isə "Sabah" "İmişli"ni sınağa çəkəcək. Oyun "Bank Respublika Arena"da, saat 19:30-da start götürəcək.

Misli Premyer Liqası

1-ci dövrə, III tur

17:00. "Karvan-Yevlax" – "Qarabağ"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Şamaxı şəhər stadionu

19:30. "Sabah" – "İmişli"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Vüqar Həsənli.

VAR: İnqilab Məmmədov.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

"Bank Respublika Arena"

Qeyd edək ki, III turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Neftçi"ni (1:0), "Zirə" "Kəpəz"i (5:0), "Araz-Naxçıvan" isə "Qəbələ"ni (2:1) məğlub edib. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью