Premyer Liqa hakimləri üçün seminar keçirildi İdmanXəbər

04.11.2024

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Komandaların Təlim-Məşq Mərkəzində Premyer Liqa hakimləri üçün seminar keçirilib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, seminarda AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere və VAR üzrə mütəxəssis Kristof Dierik iştirak ediblər.

Sessiyanın bir hissəsi meydanda, bir hissəsi isə iclas zalında baş tutub. Praktiki dərsin ardından Misli Premyer Liqasında 11-ci turun oyunlarının detallı analizi aparılıb. Kristof Dierik VAR-la bağlı təlimatlar verib.

Daha sonra hakim-inspektorlarla iclas keçirilib, hakim idarəçiliyinin qiymətləndirilməsi haqqında təlimatlar verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью