Premyer Liqa iddiasında olanlar klublar üçün mühüm gün İK bu tarixdə toplanır | Icma.az
Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. AFFA İcraiyyə Komitəsi növbəti iclasını keçirəcək.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik gələn ay toplanacaq.
Aprelin 11-də baş tutması planlanan iclasda Premyer Liqaya yüksəlmək istəyən I Liqa klublarının son durumu və digər məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, son İK toplantısında 2025/26 mövsümündə Premyer Liqada komanda sayının artırılması ilə əlaqədar elitaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verildiyi açıqlanmışdı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu