Premyer Liqa: III və IV dövrədə Şamaxı ilə Qarabağ arasında keçiriləcək oyunların yeri dəyişdirilib

24.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının III və IV dövrəsində "Şamaxı" ilə "Qarabağ" arasında keçiriləcək oyunların yeri dəyişdirilib.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumatı yayıb.

“Qarabağ” klubunun müraciəti, “Şamaxı” klubunun razılığı, PFL-in qərarı ilə “Qarabağ” klubunun Avropa Liqasının Liqa mərhələsindəki vacib qarşılaşmaya daha yaxşı hazırlaşması məqsədilə III dövrənin “Şamaxı” – “Qarabağ” oyunu ilə IV dövrənin “Qarabağ” - “Şamaxı” oyunlarının yeri dəyişdirilib.

Klubların əvəzedici heyətlərinin təqvim oyunları ilə bağlı dəyişiklik yoxdur.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью