Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 9 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olub. Şamaxı şəhər stadionunda təşkil edilən qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Benito və Rəhman Hacıyev vurublar.
Xallarını 10-a çatdıran “Kəpəz” 6-cı pilləyə yüksəlib. Naxçıvan klubu isə 2 xalla sonuncu – 12-ci pillədədir.