Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

04.09.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Kəpəz” Gəncə şəhər stadionunda “Şamaxı”nı sınağa çəkib. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra “Şamaxı" 5 xalla 5-ci, 3 xala malik “Kəpəz” isə 10-cu pillədədir.

Daha əvvəl açılış matçı Qəbələdə olub. Şəhərin eyniadlı təmsilçisi “İmişli”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 5-6-da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью