Premyer Liqa: “Kəpəz” “Sumqayıt”la heç heçə etdi

20.09.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasının VI turunda “Kəpəz” və “Sumqayıt” komandaları qarşılaşıb.

Moderator.az xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada 35-ci dəqiqədə qonaqların üzvü Mamadi Banqre hesabı açıb. 86-cı dəqiqədə isə Kennet Kalunqa hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Kəpəz” 7 xalla turnir cədvəlinin 7-ci, “Sumqayıt” isə 2 xalla 12-ci pilləsində yer alıb.

Qeyd edək ki, turun bu gün keçirilən ilk matçında “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.

Daha əvvəlki görüşlərdə isə “Neftçi” “Qəbələ”ni (3:0), “Qarabağ” “Şəfa”nı (1:0), “Turan Tovuz” “Zirə”ni (1:0), “Sabah” isə “İmişli”ni (3:1) məğlub edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью