Premyer Liqa: Kəpəz Zirəyə, Sumqayıt Neftçiyə qarşı

08.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Əvvəlcə "Kəpəz" Tovuzda "Zirə"ni qəbul edəcək. Günün digər oyunu "Sumqayıt"la "Neftçi" arasında baş tutacaq.

Turun əvvəlki görüşlərində "Səbail" "Araz-Naxçıvan"a uduzub (0:2), "Sabah" - "Qarabağ" matçında (1:1) qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulacaq.

Premyer Liqa

16-cı tur

8 dekabr

16:00. "Kəpəz" - "Zirə"

Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.

Tovuz şəhər stadionu.

18:00. "Sumqayıt" - "Neftçi"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью