Premyer Liqa klubları cərimələndi

26.11.2024

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Səbail” – “Qarabağ” oyununda “Qarabağ” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);

“Səbail” – “Qarabağ” oyununun 62-ci dəqiqəsində “Səbail” komandasının azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə “Səbail” klubu 500 manat cərimə edilir (maddə 52.5);

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Turan Tovuz” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);

“Sumqayıt” – “Şamaxı” oyununun 78-ci dəqiqəsində “Sumqayıt” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 52.1);

Böyük beşlik, Əsas xəbərlər Premyer Liqa klubunda baş məşqçi ayrılığı

25 Noyabr 2024, 8:24

Əsas xəbərlər, Premyer liqa Premyer Liqada yeni – müvəqqəti lider

23 Noyabr 2024, 10:00

Əsas xəbərlər, Premyer liqa 13 turun “ən”ləri

14 Noyabr 2024, 12:49

Əsas xəbərlər, Manşet, Premyer liqa Premyer Liqanın məğlubiyyətsiz qonaqları

12 Noyabr 2024, 10:18

Böyük beşlik, Əsas xəbərlər MY-dən qələbə, London derbisində “sülh”

10 Noyabr 2024, 23:06

Əsas xəbərlər, Manşet, Premyer liqa Qol vursun deyə gətirilənlər…

5 Noyabr 2024, 10:05

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью