Premyer Liqa klubları İngiltərə millisinin üzvü ilə maraqlanır

30.12.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında çıxış edən üç klub İspaniya təmsilçisi "Real"da çıxış edən futbolçu Trent Aleksandr-Arnoldla maraqlanır. Sport24.az xəbər verir ki, "Mançester Siti", "Mançester Yunayted" və "Nyukasl" oyunçunun vəziyyətini izləyir.

Yayda "Liverpul"dan "Real"a keçən oyunçu zədələr və digər problemlər səbəbindən komandaya tam uyğunlaşa bilməyib.

Qeyd edək ki, İngiltərə millisinin üzvü cari mövsüm La Liqada 8, UEFA Çempionlar Liqasında isə 3 matçda forma geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью