Premyer Liqa klublarında yeni vakansiya VİDEO İdmanXəbər

10.11.2024

Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Növbəti mövsümdən etibarən Misli Premyer Liqasına lisenziya almaq istəyən klublar lisenziya qaydalarının tələbi ilə “Marketinq meneceri” vəzifəsində çalışan əməkdaş cəlb etməli olacaqlar.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Milli Liqa TV” yutub kanalının “III zona” proqramında qonaq olan Klubların Lisenziyalaşdırma Departamentinin direktoru Elçin Məmmədov deyib. O qeyd edib ki, bu tələb ilk dəfə olaraq tətbiq olunur.

Bütövlükdə, Məmmədov veriliş boyu digər yeniliklərdən, ötən mövsümki müsbət və mənfi məqamlardan danışıb.

Maarifləndirmə xarakteri daşıyan proqramın bu buraxılışının tam videosuna aşağıdakı linkdən keçid edərək baxa bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью