Premyer Liqa klublarının avrokubok hazırlığı

04.11.2024

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqası klubları 2024/25 mövsümünün transfer çalışmalarına və hazırlıqlarına başlayıb. Avrokuboklarda mübarizə aparacaq “Zirə”, “Qarabağ”, “Sabah” və “Sumqayıt” digər komandalara nisbətən daha tez start götürüb.

Avrokuboklarda ilk matçı “Zirə” keçirəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi “qartallar” iyulun 11-də Moldovada “Şerif”in qonağı olacaq. “Zirə” hazırlıq kimi, transfer çalışmalarına da çoxdan başlayıb. Buna baxmayaraq, Qəsəbə təmsilçisi hələ axtarışlarını davam etdirir. Belə ki, yerli futbolçu bazarında aktiv olanlardan “Zirə” indi gözünü legionerlərə çevirib. “Qartallar”da əsas problem hücumla bağlıdır. Ötən mövsüm də bu sarıdan əziyyət çəkən qəsəbə təmsilçisi forvard transferini qısa zamanda yekunlaşdırmalıdır. Avrokuboklarda çıxış etmək futbolçularla danışıqlarda komandanın əlavə üstünlüyüdüür.

“Qarabağ”, “Sabah” və “Sumqayıt” isə nisbətən sakit görünür. “Qarabağ”ın çox dəyişikliyə ehtiyacı yoxdur, “Sabah”da isə Krunoslav Renduliç könhə kadrları yolçu edir, istədiyi heyəti formalaşdırmağa çalışır.

“Sumqayıt” da artıq Türkiyədə toplanış keçir. “Fehervar”la matça 20 gün qalmış komandada hələ ciddi dəyişiklik nəzərə çarpmır. “Zirə”dən Rəhim Sadıxovu və “Eqnatiya”dan Fernando Medeirosun komanda üçün uğurlu olub-olmamasını zaman göstərəcək.

Avrokuboklardan kənar qalan komandalar da hazırlıqlarını davam etdirir. Və onlarçün ayrı geniş material yayımlanacaq.

Kamil Əhməd

Əsas xəbərlər, Premyer liqa Premyer Liqada son 8 mövsümün antirekordu

4 Noyabr 2024, 14:00

Böyük beşlik, Əsas xəbərlər “Tottenhem”dən darmadağın, “Old Trafford”da “sülh”

3 Noyabr 2024, 23:58

Əsas xəbərlər, Premyer liqa Premyer Liqada 12 tur sonra TURNİR CƏDVƏLİ

3 Noyabr 2024, 23:48

Böyük beşlik, Əsas xəbərlər “Çelsi” və MS dayandı, MY-dən 5 qollu qələbə

31 Oktyabr 2024, 8:26

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Premyer Liqada autsayder, kubokda…

30 Oktyabr 2024, 10:06

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan Kuboku: APL klublarından darmadağın

29 Oktyabr 2024, 20:15

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью