Premyer Liqa klublarının gəliri azalacaq

11.04.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

AFFA-nın 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edəcək klublar üçün ayıracağı məbləğ açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın Hesabat Konfransında bildirilib.

Məbləğ dəyişdirilməyərək əvvəlki mövsümlərdə olduğu kimi, 30 milyon manat saxlanılıb. Bununla belə, vəsait artıq 10 yox, 12 komanda arasında bölüşdürüləcəyi üçün ayrı-ayrılıqda hər birinin payına düşən məbləğ azalacaq.

Belə ki, hər klub AFFA-dan illik 2.5 milyon manat alacaq. Halbuki, ötən mövsümlərdə klubların hər birinin payına 3 milyon manat düşürdü.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью