Premyer Liqa klublarının görüş vaxtı bilindi

23.07.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Təlim-məşq toplanışının ikinci mərhələsinə başlayan "Araz-Naxçıvan" məşqlərini bərpa edib. 

Fanat.Az xəbər verir ki, gündə bir dəfə məşq edən “qırmızı-ağlar” iyulun 24-də yoxlama oyunu keçirəcək. 

Rəqib “İmişli” olacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydanından keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Cavid Hüseynovun baş məşqçisi olduğu "Araz-Naxçıvan" 2026/2027 mövsümünün hazırlığına iyulun 10-dan etibarən başlayıb. Hazırlığın ilk mərhələsi çərçivəsində ayın 20-də əvəzedici komandasını sınağa çəkən "qırmızı-ağlar" 11:2 hesabı ilə qalib gəliblər.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью