Premyer Liqa klubu 65 milyon avroya hücumçu transfer edir

31.08.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərənin "Nyukasl" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu "Lill"də çıxış edən Matias Fernandes-Pardonun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Nyukasl" belçikalı forvard üçün Fransa klubuna bonuslarla birlikdə 65 milyon avro təzminat ödəyəcək. 21 yaşlı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, "Lill" Matias Fernandes-Pardonu 2024-cü ilin yayında "Gent"dən 11,5 milyon avroya transfer edib. Belçika millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 71 rəsmi matçda 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью