Premyer Liqa klubu Barış Alper Yılmaz üçün 30 milyon ödəməyə hazırdır

21.01.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Süper Liqa təmsilçilərindən "Qalatasaray"ın forvardı Barış Alper Yılmaz Avropa klublarının radarındadır.

Apasport.az "Hürriyet" nəşrinə istinadla xəbər verir ki, Premyer Liqa klublarından “Vest Hem Yunayted” Türkiyə millisinin hücumçusu üçün “Qalatasaray”a 25+5 milyon avro təklif edib.

İstanbul klubu bu təklifi rədd edib. 

Barış Alperlə "Everton", "Aston Villa", "Nyukasl Yunayted" və "Latsio" kimi klublar da maraqlanır. 

2027-ci ilin iyununa qədər "cimbom"la müqaviləsi olan Barış Alper Yılmaz bu mövsüm 28 matçda forma geyinib. 24 yaşlı futbolçu bu matçlarda 11 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Özbək futbolçu Premyer Liqa tarixinə düşüb Alonso “Real”ı çalışdıra bilər La Liqa: “Vilyareal” 3 xalı 4 qolla qazandı “Fənər”in maraqlandığı futbolçu Argentina klubuna keçib Rafinyadan Yamala jest
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью