Premyer Liqa klubu Barselona ya 80 milyon avro təklif edəcək

11.11.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasının sürpriz komandalarından olan "Sanderlend" hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, 11 turdan sonra 4-cü pillədə qərarlaşan və avrokuboklara vəsiqə uğrrunda mübarizə aparan "qara pişiklər"in əsas hədəfi "Barselona"da çıxış edən Fermin Lopesdir. Bu barədə "Mundo Deportivo" nəşri məlumaat yayıb.

"Sanderlend ispaniyalı hücumameyilli yarımmüdafiəçini yanvar ayında heyətinə qatmağa çalışacaq. İngiltərə klubu 22 yaşlı futbolçu üçün 80 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Fermin Lopes "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью