Premyer Liqa klubu “Fənər”lə razılaşdı

19.01.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” “Aston Villa” forması geyinən Dieqo Karlos ilə anlaşıb.

Tərəflər arasında razılaşmaya əsasən, İstanbul təmsilçisi müdafiəçi üçün Premyer Liqa klubuna 12+2 milyon avro ödəniş etməli olacaq.

3,5 illik müqaviləyə imza atması gözlənilən oyunçu, illik 4 milyon avro məvacib qazanacaq.
Qeyd edək ki, 31 yaşlı braziliyalı karyerası ərzində “Sevilya”, “Nant”, “Porto” kimi klubların şərəfini qoruyub.

İtaliyalı mütəxəssis karyerasını bitirəcək Dursun Özbek əməliyyat olundu PSJ oyunçusunu geri çağırır Neymar sabiq komandasına qayıda bilər "Çelsi" 16 yaşlı qazaxıstanlı ilə güclənəcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью